BAYRAQDAR MEDİA – 10-12 noyabr tarixlərində “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində düşərgə həyata keçirilib.
İctimai Birlikdən BAYRAQDAR MEDİA-ya noyabrın 15-də verilən məlumatda belə deyilir.
Bildirilir ki, “Quba rayonunda təşəbbüs qruplarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təşkil olunan düşərgə müddətində Qərbi Azərbaycanla bağlı fəaliyyət göstərəcək təşəbbüs qrupları üzvlərinin şəbəkələşmə, liderlik, təşəbbüskarlıq, komanda quruculuğu eləcə də, bir sıra istiqamətlər üzrə bilik və bacarıqları artırılıb. Ümumilikdə 3 gün etmiş düşərgədə 50 nəfər gənc iştirak edib”.
Qeyd edilib ki,“BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixinin, Azərbaycan həqiqətlərinin təbliği, yerli və beynəlxalq səviyyədə gənclərin iştirakçılığının artırılması, Qərbi Azərbaycanla bağlı multimedia, elektron resursların bolluğunun yaradılması, eləcə də gənclər arasında tarixi torpaqlarımız haqqında məlumatlılığın artırılmasıdır.
Proqramın növbəti mərhələlərində təşəbbüs qrupları tərəfindən Qərbi Azərbaycanın tarixi həqiqətlərini özündə ehtiva edən videoroliklərin, eləcə də, müxtəlif dillərdə məqalələrin hazırlanması planlaşdırılır.