BAYRAQDAR MEDİA – Britaniya – Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə tanınmış audit və konsaltinq şirkəti BDO-nun London ofisində iki dəyirmi masa keçirilib. Tədbirlərdən biri Azərbaycanda biznes qurmaqda maraqlı olan britaniyalı iş adamları üçün, digəri isə Britaniyada biznes qurmaq istəyən azərbaycanlı iş adamları üçün keçirilib.
Bu barədə BAYRAQDARDAR MEDİA-ya noybarın 15-də Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Britaniya – Azərbaycan Ticarət Palatasının həmsədri Con Pətrson açılış nitqi ilə çıxış edib: “Çıxış zamanı ticarət palatasının yaranması, hazırkı fəaliyyəti və gələcək planları barədə məlumat verilib. Qeyd olunub ki, belə tədbirlərin müntəzəm əsasda keçirilməsi planlaşdırılır və əsas məqsəd iş adamlarına yeni tərəfdaşlar tapmaqda və biznes imkanları barədə ətraflı məlumat əldə etməkdə köməklik göstərməkdir”.
Məlumata görə, tədbir zamanı Britaniyanın Biznes və Ticarət Nazirliyinin vergi və investisiya şöbəsinin rəhbəri Pətr Jelfs və BDO şirkətinin audit və sığorta şöbəsinin rəhbəri Skot Nayt azərbaycanlı iş adamları üçün təqdimatlarla çıxış edib: “Daha sonra BDO şirkətinin Bakı ofisinin nümayəndəsi Yunis Salayev britaniyalı iş adamları üçün Azərbaycanın iqtisqdi imkanları və ölkəmizdə biznes qurmaq üçün tələb olunan hüquqi prosedurlar barədə təqdimatla çıxış edib. Tədbirdə həmçinin çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov bu kimi tədbirlərin keçirilməsinin Azərbaycan və Britaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə xarici investorlar üçün yaradılmış əlverişli biznes imkanlarını diqqətə çatdırıb”.