Press "Enter" to skip to content

KKTC-nin 40 illik yubileyi mərasimlər və tədbirlərlə qeyd olunacaq

KKTC-də müxtəlif tədbirlər keçiriləcək

Tədbirlər çərçivəsində Kıbrıs Türk Tarixi, Mədəniyyəti və Qurtuluş Savaşı Muzeyi də açılacaq

BAYRAQDAR MEDİA – Noyabrın 15-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin elanının 40-cə ildönmüüdür. Qurucu Cümhurbaşqanı Rauf Denktaşın 1983-cü il noyabrın 15-də KKTC-nin yarandığını elan etməsindən 40 il keçir.

Böyük türk dünyasının ayrılmaz parçası

KKTC-nin yaradılması Kıbrıs türk xalqının adadakı siyasi həyatını bir dövlət olaraq dünyaya bəyan etdiyi tarixi dönüş nöqtəsi oldu. 40 il əvvəl 15 noyabr 1983-cü ildə mehmetçik və Kıbrıs türklərinin çiyin-çiyinə vuruşaraq əldə etdikləri qələbə KKTC-nin qurulması ilə nəticələndi.

Qeyd edək ki, bu münasibətlə KKTC-də müxtəlif tədbirlər keçiriləcək.

Kibris Postası xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın da iştirak edəcəyi bayram mərasimləri Cümhurbaşqanı Ersin Tatarın Cümhurbaşqanlıq binasında təbrikləri qəbul etməsi ilə başlayacaq. Sonra isə Lefkoşa Atatürk abidəsi önünə əklil qoyulacaq. Mərasim, bir dəqiqəlik sükut və Dövlət Himninin müşayiəti ilə bayraqlar qaldırıldıqdan sonra Xatirə Xüsusi Kitabının imzalanması ilə başa çatacaq.

Məlumatda deyilir ki, Dr. Fazıl Küçük Bulvardakı rəsmi parad İstiqlal Marşının səsləndirilməsi, təntənəli qoşunların yoxlanılması və bayramların qeyd olunması ilə başlayacaq: “Mesaj mübadiləsinin ardından Lefke və Erenköydən gətirilən bayraqlar Cümhurbaşqanı Ersin Tatara təqdim ediləcək”.

KKTC
KKTC

Rəsmi çıxışlardan sonra mərasim xalq oyunları şousu və Milli Müdafiə Nazirliyi Mehter Birliyinin konsertindən sonra rəsmi paradla başa çatacaq.

Bundan başqa günorta saatlarında Lefkoşa Mücahidlər saytında Kıbrıs Türk Tarixi, Mədəniyyəti və Milli Mübarizə Muzeyi açılacaq.

Türk Ulduzları isə yerli vaxtla saat 15.45-də Girne Atatürk Anıtı önündə şou göstərəck.

Türk Ulduzları şousundan əvvəl “Biz Dənizlərdəyik” Həvəskar Dənizçilər Dərnəyi (DADD) və Kıbrıs Türk Yelkən, Motor və Avarçəkmə Federasiyası Atatürk Anıtı qarşısında KKTC-ni salamlayacaq.

Məlumatda qeyd edilir ki, noyabrın 15-də axşam yerli vaxtla saat 19.00-da Cumhurbaşkanlığında bayram mərasimi təşkil olunacaq: “Qəbulda “KKTC-nin 40-cı ildönümü marşı” da ilk dəfə olaraq ictimaiyyətə təqdim ediləcək: “Cümhurbaşqanı Simfonik Orkestri və KKTC Təhlükəsizlik Qüvvələri Komandanlığı orkestrinin ifasında “KKTC-nin 40-cı il marşı” səslənəcək.

Vurğulanır ki, noyabrın 15-də həmçinin Lefkoşa, GaziMağusa, Girne, Güzelyurt, İskele və Lefke rayonları ilə yanaşı, nahiyələrdə də müxtəlif mərasimlər və bayram tədbirləri keçiriləcək.

Mission News Theme by Compete Themes.