BAYRAQDAR MEDİA – Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində işləyən gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədi ilə diaqnostik qiymətləndirmə prosesi təşkil olunacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “proses ölkə üzrə 13 imtahan mərkəzində keçiriləcək. Test imtahanlarında hər müəllimə tədris etdiyi fənnə dair 50 sual, tədris metodikası və təlim strategiyalarına dair isə 10 sual təqdim olunur. Test tapşırıqlarının cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılır”.