Press "Enter" to skip to content

Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu

Forumdan xatirə fotosu

Son yeniləmə: 15 Noyabr 2023 16:54

BAYRAQDAR MEDİA – Noyabrın 15-də Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycannümayəndəliyininbirgə təşkilatçılığı ilə Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu işə başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “tədbirin moderatoru, “TRT World”un xəbər müxbiri xanım Maria Ramos Forumun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. O, tədbirdə dünyanın müxtəlif regionlarını təmsil edən ölkələrdən və beynəlxalq təşkilatlardan nümayəndələrin iştirak etdiklərini diqqətə çatdırıb. Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişafa dair IIBakı Forumunun keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Baş nazirin müavini vurğulayıb ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dəki Dayanıqlı İnkişaf Məqsədlərinin(DİM) icrası Azərbaycan hökumətinin gündəliyində yer alan prioritetlərdəndir”.

Qeyd edilib ki, Azərbaycan BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna könüllü milli hesabatı indiyədək 3 dəfə təqdim edən azsaylı ölkələr sırasındadır: “2024-cü ildə 4-cü hesabatın təqdim olunması ilə bağlı işlər görülür. Diqqətə çatdırılıb ki, Azərbaycanın inkişaf proqramları DİM ilə uzlaşdırılır. Bu isə qlobal məqsədlərin icrasının maliyyələşdirilməsini asanlaşdırır. Forumda ölkəmiz tərəfindən inklüziv təhsilin inkişafı, iqlim dəyişiklikləri ilə mübarizə, dayanıqlı və sosial inkişafın təmin edilməsi istiqamətində atılan addımlara nəzər salınıb. Əli Əhmədov DİM-in uğurla həyata keçirilməsi üçün qarşıdakı 7 ildə həyata keçiriləcək tədbirlərin icrasının sürətləndirilməsinin vacibliyini və bu sahədə regional əməkdaşlığın əhəmiyyətini qeyd edib”.

Tədbirdə iqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası sədrinin müavini Mikayıl Cabbarov da çıxış edib: “Nazir bildirib ki, DİM-ə nail olunması istiqamətində səylərin gücləndirilməsi və çətinliklərin aradan qaldırılması üçün bərpaolunan enerjiyə keçidin sürətləndirilməsi, rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi, ömür boyu təhsilə əsaslanan cəmiyyətin qurulması, insanların layiqli iş və sosial müdafiə təminatının artırılması, xüsusilə də “yaşıl” və rəqəmsal iqtisadiyyat sahələrində iş yerlərinin sayının artırılması və iqlim dəyişikliyi ilə mübarizə qlobal hədəflər üzrə əsas tövsiyələr sırasındadır. Diqqətə çatdırılıb ki, azad edilmiş torpaqlarımızınminalanması həmin ərazilərin reabilitasiyasına mane olur, iqtisadi dirçəlişin əsasını təşkil edən çoxistiqamətli layihələrin həyata keçirilməsi prosesini ləngidir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb”.

İqtisadiyyat naziri Forum çərçivəsində aparılacaq müzakirələrin və qurulan əməkdaşlıqların ölkəmizdə BMT-nin 2030 Gündəliyinin icrasına müsbət töhfə verəcəyini bildirib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Muhammad Nasar Hayat forumun təşkilinə görə təşkilatçılara təşəkkür edib. Qeyd edilib ki, DİM-lərin maliyyələşməsi üçün dövlət investisiyaları yetərli deyil və bu məsələdə özəl sektor önə çıxmalıdır. Bu məqsədlə DİM investisiya xəritəsi hazırlanacaqdır. DİM sahəsində vətəndaş cəmiyyəti və özəl sektorun birgə çalışması önəm kəsb edir: “BMT nümayəndəsi DİM-ə nail olunması istiqamətində “yaşıl” transformasiya, sosial iqtisadi inklüzivliyin təmin olunması və digər məsələlər baxımından bu ilin oktyabr ayında Bakıda keçirilmiş yüksəksəviyyəli dialoqunrolunu vurğulayıb.Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayan BMT nümayəndəsiDayanıqlı İnkişafa dair II Bakı Forumunun2030-cu ilədək DİM-ə nail olunmasına və regionun inkişafına mühüm töhfə verəcək müzakirələrin aparılması baxımından əhəmiyyətini qeyd edib”.

Tədbirdə həmçinin, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə müşaviri Ruslan Edelgeriyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Katibinin birinci müavini Merve Kavakcı, Belarus Respublikasının Milli Asambleyası Şurası sədrinin müavini Valeri Belski çıxış edib.

Forumda Azərbaycanda DİM-ə nail olunması istiqamətində görülən işlərə və qazanılan nailiyyətlərə dair videoçarx nümayiş olunub.

Tədbir işini sessiyalarla davam etdirir.

Mission News Theme by Compete Themes.