Son yeniləmə: 14 Noyabr 2023 11:13
BAYRAQDAR MEDİA – Parisdə UNESCO Baş Konfransının 42-ci sessiyası keçirilib. Tədbir çərçivəsində Türkmənistanın UNESCO üzrə Milli Komissiyasının icraçı katibi Çinar Rustemova ilə UNESCO-nun Almatıdakı Bürosunun direktoru Əmir Piriç arasında görüş keçirilib.
Bu barədə turkmenportal.com saytı məlumat yayıb.
Bildirilib ki, “Türkmənistan tərəfinin təşəbbüsü ilə keçirilən görüş iki tərəf arasında əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi daşıyıb. Görüş zamanı tərəflər bır sıra əməkdaşlıq istiqamətləri üzrə razılığa gəliblər”.
Tərəflər, həmçinin Türkmənistan və UNESCO arasında əməkdaşlığa verdiyi dəstəyə görə Türkmənistan Prezidenti Serdar Berdimuhamedova minnətdarlıqlarını bildiriblər.