Press "Enter" to skip to content

Qırğızıstanda qızılca epidemiyası

Qırğızıstanda 3 mindən çox insanın qızılcaya yoluxub

Son yeniləmə: 14 Noyabr 2023 15:46

BAYRAQDAR MEDİA – Qırğızıstanda qızılca epidemiyası ilə bağlı vəziyyət kritik həddə çatıb. Qırğızıstan Səhiyyə Nazirliyi ölkədə 3 mindən çox insanın qızılcaya yoluxduğunu bildirib.

Kirim Haber Ajansının məlumatına görə nazirlik yoluxanların əksəriyyətinin paytaxt Bişkek, Çuy və Cəlal-Abad da daxil olmaqla bir çox əyalət və rayonlarda aşkarlandığını bildirib.

Həmçinin bu xəstəliyə yoluxanların sayının 3618 nəfərə çatdığı və xəstəliyin bölgələrdəki bağçalarda peyvənd olunmayan uşaqlar arasında yayıldığı qeyd edilib.

Digər tərəfdən, səhiyyə naziri Alimkadir Beyşənəliyev bu xəstəliyə yoluxanların 88 faizinin 10 yaşından kiçik uşaqlar olduğunu, Qırğızıstanda uşaqlarını qızılcaya qarşı peyvənd etməkdən imtina edən valideynlərin sayının 16 minə çatdığını bildirib.

Mission News Theme by Compete Themes.