Press "Enter" to skip to content

Ankarada Azərbaycan-Türkiyə birgə komissiyasının iclası

Komissiyanın iclası

BAYRAQDAR MEDİA – Azərbaycan mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş Türkiyədə səfərdədir. Səfər çərçivəsində noyabrın 13-də paytaxt Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının üçüncü iclası keçirilib.

Bu haqda Azərbaycan Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Xəbərdə qeyd olunur ki, “iclas Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcunun sədrlikləri ilə gerçəkləşib. Hər iki ölkənin nazirliklərinin müvafiq struktur bölmələri rəhbərlərinin iştirak etdikləri iclasda mədəni irs, kinematoqrafiya, teatr, muzey, kitabxana, yaradıcı sənaye və musiqi sahəsi üzrə təhsil, habelə mədəniyyət sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Müvafiq sahələrdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub”.

Sonda iclasın protokolu imzalanıb.

Mission News Theme by Compete Themes.