BAYRAQDAR MEDİA – Noyabrın 20-si saat 15:00-da Suraxanı Gənclər Evinin “Evimizin qonağı” layihəsi çərçivəsində tanınmış teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlının gənclərlə görüşü keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən müəssisədən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdə aktyoru sevənlər iştirak edəcək. Həmçinin görüş zamanı aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq. Sonda isə tamaşaçılarla sual-cavab təşkil ediləcək”.