BAYRAQDAR MEDİA – Türkiyədə noyabrın 13-də məktəblərdə başlayan ilk semestr tətili çərçivəsində təşkil edilən “Espark Atölye” tədbirləri başlayıb.
Bu barədə eskişehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “uşaqların əl bacarıqlarını təkmilləşdirmək üçün təşkil olunan tədbirlərdə uşaqlar əyləncəli vaxt keçiriblər”.
Noyabrın 19-dək davam edəcək tədbirlərdə uşaqlar ekspert bələdçilərin müşayiəti ilə taxta dizayn, yarpaq dizaynı və toxuculuq kimi müxtəlif emalatxanalarda bədii sahələr üzrə təcrübə qazana biləcəklər.