Son yeniləmə: 13 Noyabr 2023 17:33
BAYRAQDAR MEDİA – KKTC-də Leykozlu Uşaqlar Həftəsi çərçivəsində maarifləndirmə tədbiri təşkil olunub. Tədbir Ulusal Birlik Partiyası (UBP) Girne Qadın Qolları tərəfindən təşkil edilib.
Kibris Türk xəbər verir ki, Çatalköy Lesland uşaq əyləncə mərkəzində təşkil edilən tədbirə KKTC-nin səhiyyə naziri Hakan Dinçyürek, UBP Girne İlçe Başkanı Bülent Kutay, Girne Qadın Qolları Başçısı Fatoş Ünal, qadın qollarının üzvləri, leykemiyadan müalicə alan uşaqlar və ailələri qatılıb.
Səhiyyə naziri Hakan Dinçyürek, tədbirin uşaqlara verdiyi mənəvi və motivasiyanın əhəmiyyətinə diqqət çəkib.
UBP Girne İlçe Başkanı Bülent Kutay bu cür tədbirlərin ölkəyə xidmət etdiyini deyib. UBP Girne Qadın Qolları Başçısı Fatoş Ünal belə bir mənalı tədbirə ev sahibliyi etməklə uşaqların xoşbəxtliyini görməyin ifadəsi mümkün olmayan hissi yaşadıqlarını qeyd edib. Tədbirdə onkoloji xəstəxananın həkim və ekspert psixoloqlarının da fikirləri dinlənilib, hazırlanmış yeməklər və hədiyyələr paylanıb.