Press "Enter" to skip to content

Türkmənistanın məktəbliləri Sakura elmi mübadilə proqramında

Tədbir zamanı

Son yeniləmə: 13 Noyabr 2023 14:32

BAYRAQDAR MEDİA – Türkmənistanın ümumtəhsil məktəblərinin şagirdləri Yaponiyanın Tokio şəhərində keçirilən Sakura elmi mübadilə proqramında iştirak ediblər. Tədbir noyabrın 4-dən 11-dək keçirilib.

Türkmenportal.com xəbər verir ki, tədbirdə iştirak edən Türkmənistanın Yaponiyadakı səfiri Atadurdı Bayramov 2023-cü ilin Türkmənistanda “Arkadağ Serdarlı Xoşbəxt Gənclik İli” elan edildiyini və gənclərin beynəlxalq standartlara uyğun fəallığının artırılmasının ölkə siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib.

Bir həftə davam edən tədbir çərçivəsində şagirdlər aparıcı alimlərin ustad dərslərində iştirak ediblər. Onlar Yaponiyanın mədəni təcrübəsi ilə tanış olub, ölkənin tanınmış universitetlərində və elmi-tədqiqat institutlarında olublar.

Mission News Theme by Compete Themes.