Press "Enter" to skip to content

Qazaxıstanda DTK hesabatı

Stalinin insanlığa qarşı cinayətləri üzə çıxarılır

Son yeniləmə: 13 Noyabr 2023 14:04

BAYRAQDAR MEDİA – Keçmiş SSRİ-nin qanlı rəhbərlərindən olan İosif Stalinin göstərişi ilə edam edilən Türküstan ziyalılarının sənədləri üzə çıxarılır.

Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “1926-1956-cı illərdə haqsız yerə həbs olunaraq edam edilən türklərin kimliyi və ölüm səbəbləri müəyyən edilib. Qazaxıstanda, başqa coğrafiyalara sürgün edilən, edam edilən və ya öldürülən fəalların, siyasətçilərin və ziyalıların ölüm səbəblərini əks etdirən DTK sənədləri açıqlanıb. Beləliklə, Stalinin insanlığa qarşı cinayətləri üzə çıxarılır”.

Qazaxıstan Baş Prokurorluğu sovet qurbanlarının şəxsiyyətlərini ehtiva edən təxminən 2,4 milyon arxivləşdirilmiş KQB hesabatının 2023-cü il sentyabrın 18-də ictimaiyyətə açıqlanacağını bildirib.

Amerikalı yazıçı Robert Konkest 1920-ci ildən 1950-ci illərə qədər sovet zülmü nəticəsində 12 milyondan çox insanın həyatını itirdiyini bildirib.

Mission News Theme by Compete Themes.