Press "Enter" to skip to content

Növbəti “Tullantıları tingə dəyiş” aksiyası

Tullantıları tingə dəyiş

BAYRAQDAR MEDİA – Noyabrın 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları tingə dəyiş” aksiyası Sumqayıt şəhərində yerləşən “Bravo” supermarketin qarşısında keçiriləcək.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər”.

Qeyd edək ki, aksiya saat 11:00-da olacaq.

Mission News Theme by Compete Themes.