Son yeniləmə: 13 Noyabr 2023 11:51
BAYRAQDAR MEDİA – Qırğızıstanda ənənəvi aşıqlar və ozanlar müsabiqəsi keçiriləcək.
Kirim Haber Ajansının məlumatına görə, paytaxt Bişkekdə keçiriləcək müsabiqədə ən yaxşı aşıq və ozan müəyyənləşəcək.
Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi müsabiqənin tanınmış şairlərdən olan Kalık Akıoğlunun anadan olmasının 140-cı ildönümü münasibətilə keçiriləcəyini açıqlayıb.
Qeyd olunub ki, üç mərhələdən ibarət müsabiqədə seçmə mərhələdən keçən iştirakçılar yarımfinala yüksələcəklər: “Final mərhələsinə vəsiqə qazanan iştirakçılar 27 noyabr 2023-cü ildə Toktoqul Satılganov adına Qırğızıstan Milli Filarmoniyasında keçiriləcək finalda iştirak edəcəklər”.