Press "Enter" to skip to content

Dünyanın ən yaxşı universitetlərinə qəbul olun, xərclərini dövlət ödəsin

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Növbəti tədris ilində “2022–2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu siyahının öncədən elan olunması təhsilini xaricdə davam etdirmək istəyən vətəndaşların göstərilən proqramlar üzrə qəbul sənədlərini daha əvvəl əldə etməsinə imkan yaradacaq. 2024–2025-ci tədris ilində siyahıda 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3 min 362 magistratura olmaqla ümumilikdə 3 min 993 təhsil proqramı yer alır. Namizədlər eyni zamanda müvafiq reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan digər ixtisas sahələri üzrə bakalavriat və ya magistratura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər. Bu il ilk dəfə mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək”.

Qeyd edək ki, 2023–2024-cü tədris ilində “2022–2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan vətəndaşı təhsil almaq hüququ qazanıb. Proqram iştirakçılarından 49 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetinə qəbul olunub.

Müvafiq siyahı

Mission News Theme by Compete Themes.