Son yeniləmə: 13 Noyabr 2023 13:27
BAYRAQDAR MEDİA – 7-9 dekabr tarixlərində Bakı İdman Sarayında 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək.
Bu barədə BAYARQDAR MEDİA-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, “KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı ilə ilk dəfə təşkil olunacaq sərgidə Azərbaycanda fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən qida, qeyri-qida, mebel, inşaat materialları, proqram təminatı, tekstil məhsulları, eləcə də müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunacaq. Sərgidə Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən 100-ə yaxın şirkətin istehsal etdiyi məhsullar nümayiş olunacaq. Sərgidə stend icarəyə götürmək, tanıtım imkanlarından faydalanmaq istəyən istehsalçı şirkətlər *0555 nömrəsinə müraciət edə bilərlər”.
Məlumata görə, sərginin məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir: “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğuluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərgi çərçivəsində həmçinin müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlərin keçirilməsi nəzərdə tutulur. Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir”.