BAYRAQDAR MEDİA – Noyabrın 18-də “Passage 1901” məkanında Kəlağayı Festivalı keçiriləcək.
Bu haqda sözügedən məkanın yaydığı xəbərdə bildirilir.
Xəbərdə qeyd olunur ki, “tədbirin rəsmi açılışı 14:00-da olacaq. Festivalda Azərbaycanın hər bölgəsindən olan istedadlı sənətkarların məhsullarının nümayişi və satışı təşkil olunacaq. Festival zamanı dulusçuluq (gildən qablar hazırlanması), rəsm (çantaların və tabloların üzərində), ipək üzərində kəlağayı naxışlarının vurulması, fiqur boyanması, dekorlar, florarium, qurama və həm də master klasların nümayişı və reklamı olacaq”.