Son yeniləmə: 12 Noyabr 2023
BAYRAQDAR MEDİA – Bir müddət öncə “AzerNyuMedia”nın rəhbəri Kamran Qasımovun İsaril-HƏMAS savaşı ilə bağlı hadisə yerindən reportajını təqdim etmişdik.
İndi isə K.Qasımov “Arxa cəbhə” adlı sənədli filmini təqdim edir. Filmdə həm ərəblərin, həm də yəhudilərin mövqeyi diqqətə çatdırılır. Yəhudi rəsmisi bildirir ki, İsrailin məqsədi HƏMAS-ı yox etməkdir. Filmdə həm də HƏMAS-ın girovluğunda olan şəxslərin ailə üzvlərinin fikirlərinə yer verilir.