Press "Enter" to skip to content

Eskişehirdə “Qarabağ – İnancın Zəfəri” adlı möhtəşəm tədbir

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Azərbaycanın Qarabağ Zəfərinin üçüncü ildönümü münasibətilə Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən “Qarabağ – İnancın Zəfəri” adlı möhtəşəm zəfər proqramıi təşkil olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnəkdən məlumat verilib.

Zəfərin üçüncü ildönümü Eskişehirdə də qeyd olunacaq

Məlumata görə, tədbirin başlanğıcında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Türkiyə və Azərbaycan himnləri oxunub.

Sonra azərbaycanlı sənətçi Turan Manafzadənin Türkiyənin yüzüncü ildönümü münasibətilə hazırladığı videoçarx göstərilib.

Sirac Yaquboğlu
Sirac Yaquboğlu

Məlumatda bildirilib ki, açılışda çıxış edən Eskişehir Şəhər Qeyri-Hökümət Təşkilatları sədri Nihat Bahar iştirakçıları Qarabağ Zəfəri münasibətiylə təbrik edib: “Qarabağ Zəfəriylə bağlı çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu, bu ilin sentyabrda keçirilən lokal antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində suverleniyimizn bərpa edildiyini bildirilib. O, qeyd edib ki, 20 sentybar da 8 Noyabr qədər önəmli bir məqam kimi Zəfər tariximizdə öz yerini alıb”.

Cavid Aydın
Cavid Aydın

Mərasİmdə, həmçinin Eskişehirdə təhsil alan azərbaycanlı tələbələr – Zaur Cahangirov, Fidan Hüseynova, Tuqay Cəfərli, Türkan Vəlizadənin ifasında şeir, hekayə və musiqilər təqdim eidlib: “Proqram Dərnəyin Qadın qolu rəhbəri və opera sənətçisi Fidan Hüseynovanın ifasında Azərbaycan mahnılarının səsləndirilməsi ilə davam edib”.

Sonda çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın proqramda əməyi keçən, iştirak edən hə rkəsə minnətdarlığını bildirib və Zəfər Günü münasibəti ilə təbrikni çatdırıb.

Mission News Theme by Compete Themes.