BAYRAQDAR MEDİA – Noyabrın 8-də Xankəndidə Zəfər Gününə həsr edilmiş hərbi paradın ardından Prezident İlham Əliyev Qardaş Özbəkistana yollanıb.
Prezidentin mətbuat xidməti xəbər verir ki, artıq ölkə başçısı Daşkənddədir. Onu Daşkənd Beynəlxalq Hava Limanında Özbəkistanın Baş naziri Abdulla Aripov və başqa rəsmi şəxslər qarşılayıb.
Bildirilir ki, səfər İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etməsi ilə bağlıdır.