Son yeniləmə: 7 Noyabr 2023 09:20
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, noyabrın 5-də Bolqarıstana yerli seçkilərin ikinci turu keçirilib.
Bu arada bəlli olub ki, Bolqarıstan Mərkəzi Seçki Komissiyasının 100 faiz hesablanmış seçki protokollarının nəticələrinə görə, “Prodaljavame Promyanata-Demokratik Bolqarıstan-Spasi Sofiya” koalisiyasının Sofiyada namizədi Vasil Terziev 48,17 faiz səs toplayıb.
Radio Bolqarıstanın məlumatına görə, bu o deməkdir ki, 175 min 44 Bolqarıstan vətəndaşı ona dəstək olub: “BSP və koalisiyanın namizədi Vanya Qriqorovanı 169 min 785 nəfər dəstəkləyib və o, 46,92 faiz səs toplayıb. Bələdiyyə Seçki Komissiyası V.Terzievi qalib elan edib. Qərar dərc edildiyi gündən 7 gün ərzində Sofiya İnzibati Məhkəməsinə şikayət verilə bilər”.
Plovdivdə 100 faiz işlənmiş protokol nəticələrinə görə, GERB-SDS-in namizədi Kostadin Dimitrov 54,15 faiz səs toplayaraq ikinci turun qalibi olub: “100 faiz işlənmiş protokol nəticələrinə görə, Varnada “Prodaljavame Promyanata-Demokratik Bolqarıstan” koalisiyasının namizədi Blaqomir Kotsev 53,06 faiz səs toplayıb”.