Press "Enter" to skip to content

“Təhsil üçün əl-ələ”də 16-cı dövr

Yeni tədris ilinin ilk sinif zəngi çalınır

Son yeniləmə: 7 Noyabr 2023 14:59

BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi Şəhər Şurası Gənclik Məclisi tərəfindən ilk dəfə 16 il əvvəl həyata keçirilən “Təhsil üçün əl-ələ” layihəsində yeni təhsil dövrü mərasimlə başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.

Bildirilib ki, “Atalar İctimai Fəaliyyət Mərkəzində təşkil edilən mərasimə Denizli Böyükşəhər Bələdiyyə başçısı Osman Zolan, Şəhər Şurasının sədri Ali Değirmenci, könüllü təlimatçılar və tələbələr qatılıb. “Təhsil üçün əl-ələ” layihəsinin koordinatoru Cansu Şaşmaz “Təhsil üçün əl-ələ” layihəsindən indiyədək 5 min 833 şagirdin faydalandığını, 1 min 495 şagirdin isə arzularına çataraq universitet tələbəsi olduğunu bildirib”.

Məlumata görə, yeni təhsil mövsümündə 213 şagirdin qeydiyyatdan keçdiyini və imtahana hazırlaşmağa başladığını deyən C.Şaşmaz, təhsil üçün əl-ələ verib bu günə qədər hər zaman gənclərin yanında olan Osman Zolana təşəkkür edib.

Şəhər Şurası Gənclər Məclisi İdarə Heyətinin üzvü Zeynep Buse Afşar 2008-ci ildən həyata keçirilən layihənin bir çox gəncə ümid verdiyini ifadə edərək, özünün də eyni layihə ilə Pamukkale Universitetində təhsil almaq hüququ qazandığını bildirib.

Osman Zolan isə yeni tədris ilinin xeyirli olmasını arzu edərək deyib: “Denizli Böyükşəhər Bələdiyyəsi olaraq hər sahədə mədəniyyət, incəsənət, idman və təhsildə ən yüksək səviyyəyə çatmaq üçün gənclərimizə çoxlu imkanlar və dəstək veririk. Bir çox gənclərimizin bu dəstəklə xoşbəxt olub ölkəmizə, şəhərimizə xidmət edə bildiyinin şahidi oluruq. Alacağınız təlimlə universitet imtahanına hazırlanacaqsınız. Həmrəylik və köməklik göstərərək sizə vaxt ayıran könüllü təlimatçı dostlarıma təşəkkür edirəm”.

Çıxışlardan sonra O.Zolan və C.Şaşmaz yeni tədris ilinin ilk sinif zəngini çalıb.

Mission News Theme by Compete Themes.