Press "Enter" to skip to content

Prezidentin azad edilmiş ərazilərə səfəri zəngin olub

Şuşada 1 nömrəli məktəbin önündə

BAYRAQDAR MEDİA – Noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin onların oğlu Heydər Ermənistanın işğalından azad edilmiş torpaqlara gedib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Onlar səfərə Kəlbəcərin Vəngli kəndindən başlayıb. Burada Prezident ermənilərin işğalı zamanı Azərbaycana aid avtomobillərin nömrə nişanlarından düzəldilmiş hasarın sökülməsinə göstəriş verib.

Daha sonra Prezident və birinci xanım Şuşaya gəlib. Onlar burada 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Bundan sonra Şuşa peşə məktəbi və kollecin binalarına baxış keçirilib.

Prezident və birinci xanımın növbəti addımı Şuşada tikilmiş 1 nömrəli tam orta məktəbin açılışında iştirak olub.

Prezident və birinci xanım daha sonra digər maraqlı tanışlıq və ziyarətdə olub:

-Şuşada Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə tanışlıq;
-Şuşada İsa bulağını ziyarət;
-Şuşa “Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanışlıq;
-Şuşa Qala divarına və ətraf əraziyə baxış;
-Heydər Əliyev Fondu tərəfindən Şuşada Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda həyata keçiriləcək bərpa və yenidənqurma layihələri ilə tanışlıq;
-Şuşada “Yasəmən” hotelinin açılışı.

Mission News Theme by Compete Themes.