BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında 8 Noyabr – Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar sərgi təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “burada “Qələmlə, silahla…”, “Zəfər yolu”, “Şuşa zirvədən uca”, “İlham Əliyev və Zəfər tariximizin şanlı səhifələri”, “Şuşa Bəyannaməsi birlik və həmrəylik fəlsəfəsi”, “Qəhrəmanlıq tariximizin şanlı səhifələri”, “Zəfər memuarları. Döyüşçülər, sərkərdə və müharibə haqqında”, “Vətən müharibəsinin 44 günlük Zəfər səlnaməsi”, “Yeni Qarabağnamə”, “Zəfərlər yolu”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtı” biblioqrafiya, “Şuşa və şuşalılar”, “Şuşadan şəhidlər xiyabanına”, “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri”, “Zəfərnamə”, “Zəfər qoxusu”, “Zəfər. Qarabağ Azərbaycandır! 44 günlük Qarabağ müharibəsi- Azərbaycanın hərbi və diplomatik uğurları”, “Zəfərə aparan illər” və şanlı zəfər tarixi mövzusunda dərc edilən digər nəşrlər sərgilənir”.
Kitablarda Prezident İlham Əliyevin iradəsi, qətiyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində geri qaytarılmış torpaqların tarixi xronologiyası, Vətən Müharibəsində Qələbənin əldə edilməsi, Azərbaycanın suverenliyi uğrunda döyüşmüş və canlarından keçmiş Vətən oğulları haqqında məlumatlar əksini tapıb.