Press "Enter" to skip to content

Kitab tanıtma: “”Bir millət – iki dövlət”: fəlsəfi-tarixi təhlil”

Bir millət – iki dövlət”: fəlsəfi-tarixi təhlil

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və tarix elmləri doktoru Eynulla Mədətlinin “”Bir millət – iki dövlət”: fəlsəfi-tarixi təhlil” monoqrafiyası da yer alır.

Monoqrafiya AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub.

Kitabda Ulu Öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” düsturunun fəlsəfi – tarixi təhlili aparılıb. Müəlliflər elmlərarası əlaqələrin sürətli inkişafı və genişlənməsi fonunda fənlərarası yanaşmadan istifadə ediblər. Nəzəri və metodoloji aspektlərin vəhdəti işığında “Bir millət – iki dövlət” formulunun fəlsəfi, siyasi, mədəni, ideoloji potensialı araşdırılıb. Həmin bağlılıqda Azərbaycan – Türkiyə münasibətlərinin inkişaf dinamikası konkret tarixi faktlar işığında analiz olunub və onun perspektivinin fəlsəfi-tarixi ümumiləşdirilməsi aparılıb.

Nəşr bu düsturun türk dövlətçilik ənənəsi və müasir müstəqil demokratik dövlət quruculuğunun qarşılıqlı əlaqəsi çərçivəsində hazırkı mərhələdə türk xalqlarının inteqrasiya perspektivlərinin fəlsəfi-tarixi refleksiyasının müəyyən məqamlarını aydınlaşdırmağa imkan verib.

Monoqrafiyada “Millət və millətçilik anlayışları: fərqli baxışların kəsişməsində”, ““Bir millət – iki dövlət” formulu tarixi-siyasi aspektdə”, “Heydər Əliyev və müasir mərhələdə Azərbaycan milli dövlətçiliyi Türkiyə ilə münasibətlər kontekstində”, “Prezident İlham Əliyev və Azərbaycan-Türkiyə əlaqələrində yeni mərhələ” və s. başlıqlarda yazılar verilib.

Qeyd edək ki, nəşrin elmi redaktoru Prof. İlham Məmmədzadədir.

Mission News Theme by Compete Themes.