Son yeniləmə: 7 Noyabr 2023 11:26
BAYARQDAR MEDİA – Hollandiyalı seçicilər noyabrın 22-də Nümayəndələr Palatasının seçkiləri üçün sandıq başına gedirlər.
Yeni Balkan xəbər verir ki, qaçqın probleminə görə yay tətili öncəsi istefa verən dördüncü Rutte hökuməti özü ilə siyasi zəlzələlər də gətirib: “Hökumətin süqutu ilə hakim partiyaların VVD, D66 və CDA liderləri istefa verərək siyasətdən çəkildiklərini açıqladılar. Bu istefanı müxalifət partiyaları izlədi və 22 noyabr seçkilərində sosialist partiyası istisna olmaqla, demək olar ki, bütün siyasi partiya liderləri namizəd olmadılar. Potensial baş nazirlər kimi Pieter Omtzigt, Frans Timmermans və Dilan Yeşilgözün adı çəkilir. MGK lideri Omtzigt hələ də ən yüksək reytinqli siyasətçidir, ondan sonra Yeşilgöz (VVD), Van der Plas (BBB) və Stoffer (SGP) gəlir. GroenLinks/PvdA lideri Timmermans orta sıralardadır”.
Məlumatda bildirilir ki, əvvəlki dövrlərlə müqayisədə yeni dövrdə müxtəlif partiyalarda türk əsilli millət vəkili namizədlərinin irəli sürülməsi Hollandiyada türklərin siyasi iştirakında yeni bir dövrün başladığına işarə idi: “Lakin Hollandiya siyasətində daha yeni olan Fermerlər Hərəkatı Partiyasının qondarma “erməni soyqırımı” məsələsini bəhanə edərək, türk əsilli Yasin Makinalının siyahıdan istefasını tələb etməsi məyusluq doğurub”.