Press "Enter" to skip to content

Adıyamanda tarixi tapıntı

Tarixi tapıntı

Son yeniləmə: 7 Noyabr 2023 12:16

BAYRAQDAR MEDİA – Adıyamanın Gerger rayonundakı Kürtek Dağı Çet yaylasında ot toplamaq üçün çölə çıxan kəndlilər 2 min yüksəklikdəki dağda Türküstan coğrafiyasında səyyahların və çobanların yol tapmasına kömək edən daşların üst-üstə qoyulması ilə düzəldilmiş 2-3 metr hündürlüyündə obo tapıblar.

Kirim Haber Ajansının məluamtına görə, kəndlilərin xəbərdarlığı ilə bölgəyə gedən Adıyaman Muzeyinin müdiri Mehmet Alkan jurnalistlərə açıqlamasında oboların şəhərdə ilk dəfə görüldüyünü söyləyib: “Bu obolar qədim zamanlardan günümüzə qədər gəlib çatmışdır. Adıyamanda edilən ilk kəşf olduğu üçün çox əhəmiyyətli bir quruluşdur”.

Harran Universiteti Arxeologiya Bölümü müəllim Dr. Başaran Doğu Göktürk obo ənənəsinin Türküstan coğrafiyasında istifadə edilən bir ənənə olduğunu və oradan Anadoluya gəldiyini bildirib.

Mission News Theme by Compete Themes.