Press "Enter" to skip to content

Vətən müharibəsi iştirakçılarının ailələrinə bayram sovqatı

Vergi sistemində çalışan Vətən müharibəsi iştirakçılarının ailələrini ziyarət edərək onlara müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı aparılıb

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həlli üçün zəruri tədbirlər görür. Hazırda Dövlət Vergi Xidmətində vətən borcunu şərəflə yerinə yetirmiş 78 əməkdaş, o cümlədən 37 nəfər Mərkəzi Aparatda və Bakıda yerləşən struktur bölmələrdə, 41 nəfər isə ərazi vergi orqanlarında çalışır. Onlardan 21 nəfəri Vətən müharibəsi bitdikdən sonra işlə təmin edilmiş müharibə iştirakçılarıdır.

Bu barədə BAYRAQDAR MEDİA-ya noybarın 6-da Dövlət Vergi Xdmətindən məlumat verilib.

Müharibə iştirakçıları diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər
Müharibə iştirakçıları diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər

Bildirilib ki, “bu günlərdə DVX-nin əməkdaşları ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər çərçivəsində 8 Noyabr – Zəfər Günü ərəfəsində vergi sistemində çalışan Vətən müharibəsi iştirakçılarının ailələrini ziyarət edərək onlara müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı aparıblar. Qeyd olunub ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığıilə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına hərtərəfli dəstəyin göstərilməsi, onların sosial təminatının gücləndirilməsi istiqamətində mütəmadi olaraq bir çox tədbirlər həyata keçirilir”.

Müharibə iştirakçıları diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Mission News Theme by Compete Themes.