BAYRAQDAR MEDİA – Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində Yevgeni Paplavskinin əsəri əsasında hazırlanmış “İlham pərisi” tamaşasının premyerası olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya teatrın mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, yeni tamaşanı səhnələşdirən və qurluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, xoreqrafı Oksana Rəsulova, rejissor köməkçisi Cavid Babadır: “Səhnə əsərində rolları, Cavid Baba və Aytac Məmmədova ifa ediblər. Yeni hazırlanan tamaşa yazıçının taleyindən bəhs edir. Tüfeyli həyat sürən yazıçının yanında ilham pərisi peyda olur. Ümidsizliyə qapılmış yazıçını müxtəlif sınaqlardan keçirir və onu yenidən həyata, yaradıcılığa qaytarır”.
Məlumat üçün bildirək ki, tamaşanın növbəti premyeraları 11 və 18 noyabrda olacaq.