Press "Enter" to skip to content

Məktəblərin inkişaf perspektivləri müəyyənləşdirilib

Görüşlər zamanı

Məktəbin İnkişaf Planının hazırlanmasına dair görüşlər davam edir

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Məktəbin İnkişaf Planının hazırlanmasına dair görüşlər davam edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyqbrın 6-da İdarənin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “paytaxtdakı 9, 17, 63, 70, 82, 98, 138, 171, 204, 210, 264, 282 nömrəli tam orta məktəblərdə keçirilən görüşlərdə Təlimə Dəstək Mərkəzinin (TDM) metodistləri iştirak ediblər. Görüşlərin keçirilməsində məqsəd ümumi təhsil məktəblərində metodiki işin təşkilinə dəstək vermək, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərmək və monitorinqlər nəticəsində aşkarlanmış çatışmazlıqları aradan qaldırmaqdan ibarətdir”.
Məlumata görə, görüşlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həyata keçirdiyi keyfiyyət monitorinqinin nəticələri təhlil edilib, müvafiq müzakirələr aparılıb və məktəblərin inkişaf perspektivləri müəyyənləşdirilib: “Qeyd edək ki, Məktəbin İnkişaf Planının hazırlanmasına dair görüşlər paytaxt üzrə digər məktəblərdə də davam etdiriləcək.

Mission News Theme by Compete Themes.