Press "Enter" to skip to content

“Kreativ Media – Bakı” adlı müsabiqə

Kreativ Media – Bakı

BAYARQDAR MEDİA – Medianın İnkişafı Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kreativ Media – Bakı” adlı məzmun müsabiqəsi elan edilir.

Bu haqda sözügedən Agentliyin yaydığı xəbərdə deyilir.

Xəbərə bildirilir ki, “müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcı düşüncəsini inkişaf etdirmək, müasir media çağırışlarına uyğun yeni ideyaların formalaşması və məzmun istehsal etmə bacarıqlarının inkişafı üçün əlverişli mühit yaratmaq və komanda ilə işləmə bacarıqlarını təkmilləşdirməkdir. Müsabiqə jurnalistika və kommunikasiya ixtisasında təhsil alan və bu sahəyə marağı olan gənclər üçün “MEDİAlab” layihəsi çərçivəsində həyata keçirilir. Müraciət üçün son tarix noyabrın 18-dir”.

Müsabiqədə iştirak üçün keçid vasitəsi ilə qeydiyyatdan keçmək lazımdır.

Mission News Theme by Compete Themes.