Press "Enter" to skip to content

“Güney Azərbaycanın sivil aktivistlərinin işgəncəsinə son verilsin”

Güney Azərbaycanın sivil aktivistlərinin işgəncəsinə son verilsin

BAYRAQDAR MEDİA – Bakı və İstanbulda məhbus Güney Azərbaycan fəallarının azadlığını istəyən çoxsaylı bildirişlər dağıdılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “Araz News”dan daxil olub.

Xəbərdə deyilir ki, “on nəfərdən çox Güney Azərbaycan türkü mədəni fəal iki aydan artıqdır ki İran rejimi tərəfindən qanunsuz olaraq saxlanılıb. Bu müddət içində vəkil tutmaq haqqından belə məhrum olan fəallar fiziki və psixoloji işgəncəyə məruz qalıblar”.

O da bildirilir ki, “İran rejiminin sözdə ədliyyəsi keçən həftə heç bir izahat vermədən adları Məhəmməd Rza Müvəhhid, Mehrdad Qadiri, Babək Rəhməti, Cavad Sudbər, Araz İbrahim Nejad, Murtuza Nurməhəmmədi, Əli Babayi, Davud Şiri, Hüseyn Azadi, Nasir Rəzmcu, İbrahim Əvəzzadə və Əmirhüseyn Aqayi olan məhbus fəalların göz altı sürələrini bir ay daha uzatdı”.

“Bu günədək bu fəalların azadlığı yaxud ən azından qanuni haqlarından istifadə edə bilmələri üçün ailələri və Güney Azərbaycanlı fəallar tərəfindən çox sayda müraciət və etiraz aktı həyata keçirilsə də İran rejimi öz qanunsuz və insan haqlarına zidd davranışına davam edir.

“Bu mədəni fəalların bəlirsiz vəziyyəti və sağlıq durumları ailələri başda olmaqla bütün Güney Azərbaycan ictimaiyyətini ciddi şəkildə qayğılandırır. Təbii olaraq Güney Azərbaycanlı türk fəalların sağlamlığı ilə bağlı hər hansı sorun yaşanmasının məsuliyyəti İran rejiminin üzərinə düşür.

“Qeyd etmək lazım ki, özlərini İranın ümumi quruluşları hesab edən fars media və insan haqları quruluşları keçmişdə də olduğu kimi, maələsəf Güney Azərbaycan və türk insan haqları mövzusunda laqeyd davranıb açıq şəkildə ayrıseçkilik edirlər. Bir halda ki məhbus Güney Azərbaycan fəallarının bilgilərini beynəlxalq qurum və quruluşlara çatdırmaq ciddi önəm ərz edir, sözdə İran insan haqları quruluş və mediaları Güney Azərbaycanlı məhbusları görməzdən gəlib boykot edirlər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.