Son yeniləmə: 6 Noyabr 2023 15:36
BAYRAQDAR MEDİA – Noyabrın 12-də keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində (mühasibat uçotu üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, “buraxılış vərəqəsini çap etmək üçün linkə daxil olmaq lazımdır. Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq”.