Son yeniləmə: 6 Noyabr 2023 11:33
Aqil Camal: Bu tarixi günlərə şahidlik etmək Azərbaycan xalqının indiki dövrdə yaşayan nəsilləri üçün bir tale şansıdır
BAYARQDAR MEDİA – “Azərbaycan ordusu, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 3-cü ildönümünü bu dəfə daha fərqli bir şəkildə qeyd edəcəkdir. 44 günlük savaşın nəticəsində torpaqlarımız işğaldan azad edilmişdisə, bu ilin sentyabrında qısa müddətli lokal antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam təmin olundu. Bu, müasir dövlətçiik tariximiz dövründə əldə etdiyimiz ən maksimal nəticədir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Türküstan Media Qrupu”nun baş redaktoru, Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camal deyib.
O, həmçinin “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı qələbələr hətta xəyal edilməyəcək nəticələr doğurdu. Son antiterror tədbirinin nəticəsində keçmiş “DQMV” ərazisində, hazırkı Qarabağ iqtisadi rayonunda Azərbaycanın suverenliyi tam təmin edildi. Azərbaycan vətəndaşı olaraq yaşamaq istəməyən ermənilər bölgəni tərk etdilər. Bu fakt, ermənilərin nə dərəcədə nifrət hissləri ilə yaşadıqlarını, birgə yaşamaq imkanlarını puça çıxardıqlarını ortaya qoydu. Təsəvvür edin, bu gün onminlərlə qərbi azərbaycanlı Ermənistana qayıtmaq, Ermənistan qanunları ilə, vətəndaş olaraq yaşamaq istəyir. Məqsəd, doğma, tarixi dədə-baba torpaqlarına dönməkdir. Ermənilər isə Azərbaycanın yuridiksiyası altında yaşamaq istəmədilər” deyib.
A.Camal vurğulayıb ki, ermənilər “tarixi torpağımız” deyə iddia etdikləri Qarabağı 3-4 gün ərzində tərk etdilər: “Bu bir daha onu göstərir ki, ermənilərin Qarabağa tarixi bağlılığı yoxdur. Onlar süni qondarılmış “Böyük Ermənistan” xəstəliyi ilə uzun illə separatizmlə məşğul oldular. Həmin separatçıların başları əziləndə isə bir günə təslim oldular. Bu gün Azərbaycan bölgədə böyük quruculuq işləri aparır, Azərbaycan ordusu Xankəndidə Zəfər paradına hazırlaşır. Bu tarixi günlərə şahidlik etmək Azərbaycan xalqının indiki dövrdə yaşayan nəsilləri üçün bir tale şansıdır. Artıq, gələcək nəsillərimiz “Qarabağ problemi” ilə yaşamayacaq. Onlar Qarabağda yaşayacaqlar”.