Son yeniləmə: 6 Noyabr 2023 10:56
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsinin Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü çərçivəsində bu il 10-cu dəfə təşkil etdiyi Beynəlxalq Ege Aşıqlar Festivalı möhtəşəm finalla yekunlaşıb.
Denizliyə gələn 4-ü türk dünyasından olan, ümumilikdə 20 ozanın qatıldığı final gecəsi Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.
Bildirlib ki, “gecəyə Dənizli Böyükşəhər Bələdiyyə başçısı Osman Zolan, Mədəniyyət və Sosial işlər Dairə başqanı Hüdaverdi Otaklı, qonaqlar və çox sayda vətəndaş qatılıb. Zalı dolduran vətəndaşlar 5 min ildir davam etdirilən aşıqlıq ənənəsinin unudulmaz anlarının şahidi olublar”.
Gecədə çıxış edən O.Zolan, “Dil, mədəniyyət və sevgi körpüləri ilə dolu Denizli 10-cu Beynəlxalq Aşıqlar Günündə sevənlərimizin ürək sözləri və musiqi alətləri ilə gözəl bir axşam keçirdik. Türk dünyasından 4, ölkəmizdən isə 16 aşığın iştirakı ilə proqramımızı şərəfləndirən aşıqlara təşəkkür edirəm”.