Press "Enter" to skip to content

Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsm sərgisi Moskvada

Sərgi məkanı

BAYRAQDAR MEDİA – Noyabrın 7-13 tarixlərində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Azərbaycanın rəngləri” adlı rəsm sərgisi keçiriləcək.

Bununla bağlı xəbərdə deyilir ki, “sərgi Azərbaycanın MDBMİ Klubu tərəfindən Rusiyanın Azərbaycan Gənclər Assosiasiyası (AMOR) ilə birgə və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nüməyəndəliyinin dəstəyi ilə təşkil olunacaq. Tədbirin rəsmi açılışı noyabrın 8-i saat 16:00-da olacaq”.

Sonra xəbərdə, “Azərbaycan zəngin, mədəni, təbii irsə malik ölkədir və sözügedən sərgi qonaqlara Azərbaycan rəssamlarının istedadını göstərməyə kömək edəcək. Tədbirdə gənc, lakin artıq tanınmış rəssamların təbiətə həsr olunmuş rəsmləri, görkəmli şəxsiyyətlərin rəsm əsərləri və s. nümayiş olunacaq. Həmçinin tədbirdə Bakıdan və Moskvadan incəsənət məktəbləri, tanınmış qonaqlar iştirak edəcək” deyə bildirilir.

Qeyd edək ki, sərginin məqsədi Azərbaycanın gənc istedadlarının aşkar edilməsi və dəstəklənməsinin təbliğidir.

Mission News Theme by Compete Themes.