BAYRAQDAR MEDİA – Noyabrın 3-ü saat 16:00-da Xətai Sənət Mərkəzində təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədi ilə elan olunan “Uşaqlıq duyğularımın rəngləri”adlı sərginin açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə deyilir ki, “tədbiri giriş sözü ilə Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli açıb. Sonra söz alan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, Prof. Ağaəli İbrahimov, Xalq rəssamı, Prof. Arif Hüseynov, XSM-nin direktoru Zahid Əvəzov ürək sözlərini sərgi iştirakçıları ilə bölüşüblər. Tədbir iştirakçıların çıxışları və sertfikatların təqdim olunması ilə davam edib”.
Bildirək ki, sərgi Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və XSM-nin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində elan olunub.
Təqdim olunan əsərlər arasında uşaqlığa qaytaran, xatirələr canlandıran əsərlər əsas yer tutur. Həmçinin sərgidə bəzi müəlliflər uşaqkən çəkdiyi rəsmlərlə təmsil olunublar.