Press "Enter" to skip to content

Recep Tayyip Erdoğandan ortaq əlifba çağırışı

Recep Tayyip Erdoğan

Son yeniləmə: 4 Noyabr 2023 17:34

BAYRAQDAR MEDİA – Noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü bir çox maraqlı çıxış və məqamlarla yadda qaldı.

Bu sırada Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın türk dünyasında ortaq əlifbanın tətbiqinə dair təklifi də diqqət mərkəzində olub. Məlum olub ki, Türkiyənin Yüksək Öğretim Kurumu (YÖK) artıq bununla bağlı ilkin layihıə də hazırlayıb.

Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.

Məlumata görə, tədbirdəki çıxışında R.T.Erdoğan türk dünyasının ortaq dil, mədəniyyət və tarixə əsaslanan insani əlaqələrinin artırılması, ali təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər apardıqlarını vurğulayıb.

O, qeyd edib ki, xüsusilə birliyimizin və həmrəyliyimizin möhkəmlənməsində dil birliyinin əhəmiyyəti böyükdür: “İlk addım əlifba birliyini təmin etməkdir. Bu baxımdan prezidentlərin dəstəyi çox önəmlidir. İnanıram ki, YÖK-ün katibliyimizə çatdırdığı təkliflər siz əziz qardaş və bacılar tərəfindən ən yaxşı şəkildə qiymətləndiriləcək”.

Mission News Theme by Compete Themes.