Press "Enter" to skip to content

Laçında “Bayraq yürüşü” keçiriləcək

Laçında “Bayraq yürüşü”

BAYRAQDAR MEDİA – Noyabrın 6-da Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Laçın şəhərində “Bayraq yürüşü” keçirəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-dən daxil olub.

Xəbərdə bildirilir ki, “2014-cü ildən etibarən keçirilən yürüş bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə təşkil edilir. Yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni və Azərbaycan bayrağının daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərin tarixi Zəfər yolunu uca tutmaqdır. Yürüşdə ETN və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər, şəhid ailələri, qazilər, 44 günlük Vətən müharibəsində döyüşən müəllimlər, eləcə də şagirdlər, ictimaiyyət nümayəndələri iştirak edəcəklər”.

Qeyd edək ki, ETN MN ilə birgə 2014-cü ildən etibarən milli atributların təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 9 Noyabr − Dövlət Bayrağı Gününə həsr olunmuş ənənəvi “Bayraq yürüşü” təşkil edir. Yürüşlər 2014-2016-cı illərdə Bakı şəhərində, 2017-ci ildə Tərtər rayonunda, 2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində və 2019-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.

Mission News Theme by Compete Themes.