Press "Enter" to skip to content

Kitab tanıtma: “Təbii intellektin alqoritmi”

Təbii intellektin alqoritmi

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yer alan kitablardan biri də müəllifi Qasım Nəcəfoğlu olan “Təbii intellektin alqoritmi” elmi monoqrafiyasıdır.

Monoqrafiyada təbii intellektin strukturu, tərkibi, biliklərin formalaşmasının üsul və qaydalarının mahiyyəti açıqlanıb, insan nəfsinin tərkibi, mərtəbələri və idarəedilmə üsulları haqqında məlumatlar verilib. Ruh, nəfs, qəlb, ağıl, iman, iradə kimi mücərrəd varlıqların təbii intellektin alqoritmini formalaşdırmasındakı əhəmiyyəti açıqlanıb. Təbii intellektdən süni intellektə inteqrasiya məqsədləri üçün blok-sxemlər, bilik mühəndisliyinin tətbiqi üsulları, elektron modellər təqdim olunub. Monoqrafiya mürəkkəb məsələlərin həllində qeyri-səlis məntiq, qərar qəbuletmə nəzəriyyələrinin və bilik mühəndisliyinin tətbiqi məsələlərinə həsr olunub.

Nəşrin giriş hissəsində deyilir: “Monoqrafiya elmdə tamamilə yeni bir sahə olan “Bilik mühəndisliyi” ilə əlaqəli qarşıya qoyulan məslənin həlli üçün həmin səviyyəli elmi biliklərin (hikmətlərin) zərrə-zərrə əldə edilməsinə və məcazi mənada yaradılacaq “Qurğuda-maşında-sarayda” o “hissənin-detalın-kərpiclərin” özünə layiq və məxsus hesablamaları ilə inteqrasiya və transformasiya edilməsinə və s. əsaslanır”.

Kitabda “Terminlər”, “Allahı tanımaq elmi”, “Bilik mühəndisliyi və süni intellekt”, “Nəfsin strukturu və tərkib elementləri”, “Təbii intellektin əlifbası”, “Biz bu dünyaya eşq üçün gəldik” və s. başlıqlarda yazılar verilib.

Qeyd edək ki, monoqrafiyanın elmi məsləhətçisi Mirəyyub Mirsultanoğlu, elmi redaktoru Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyasının Prezidenti, akademik Rafiq Əliyev, dini elmlər üzrə redaktoru Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, fəlsəfə doktoru Fuad Nurullayev, ədəbi elmi redaktoru “Ədəbiyyat” qəzetinin baş redaktoru, fəlsəfə doktoru Azər Turan, fəlsəfə elmləri üzrə redaktoru isə BDU-nun dosenti, fəlsəfə doktoru Bilal Əlizadədir.

Mission News Theme by Compete Themes.