Press "Enter" to skip to content

Emin Həsənli: Bir günlük antiterror tədbirləri 44 günlük müharibə qədər əhəmiyyətlidir

Emin Həsənli

Son yeniləmə: 4 Noyabr 2023 12:36

BAYRAQDAR MEDİA – “44 günlük Vətən müharibəsində Azərbaycan dövləti BMT Təhlükəsiz Şurasının qətnamələrini məhz özü yerinə yetirdi və torpaqlarını öz ordusunun gücü ilə işğaldan azad etdi. Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə Ermənistanı təslim olmağa məcbur etdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

O, qeyd edib ki, məhz bu təslimçilik aktının nəticəsi idi ki, Ermənistan Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz təhvil verdi: “Azərbaycan 44 günlük müharibədə BMT qətnamələrinin yerinə yetirilməsini təmin etdi. Bu ilin 19 sentyabrında Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən sonra düşmən 10 noyabr bəyanatının tələblərini yerinə yetirməyə məcbur oldu”.

E.Həsənli deyib ki, bir günlük antiterror tədbirləri 44 günlük müharibə qədər əhəmiyyətlidir: “Vətən müharibəsində ərazi bütövlüyümüz təmin edildisə, bu il avqustun 20 üçündə Laçın sərhəd buraxılış məntəqəsi qoyulmaqla bu tam bərpa olundusa, bir günlük antiterror tədbirləri nəticəsində isə bütün Qarabağ ərazisində suverenliyimiz bərpa olundu. Ona görə də bu günlərin hər birinin də əhəmiyyəti böyükdür. Bu hadisələr Azərbaycan tarixində çox böyük yer tutur”.

Vurğulanıb ki, eyni zamanda bu antiterror tədbirlərinin nəticəsində Azərbaycan dövlətinə qarşı ağır cinayət törətmiş, separatizmdə, soyqırımda iştirak etmiş, əsir və girovlara işgəncə vermiş şəxslər həbs edilərək Bakıya gətirildi: “Bunların bir qisminin məhkəmə prosesi gedir, digər bir qismini isə hal-hazırda istintaq işi davam edir. Zamanında Azərbaycan cinayətkarların yaxalanması üçün İnterpola müraciət etmişdi. Ancaq bu tələbə əməl edilmədi. Azərbaycan dövləti özü hüququn aliliyin təmin etdi və cinayətkarlar həbs olunaraq məhkəmə qarşısına çıxarılır. Əminəm ki, yaxın zamanlarda Köçəryan, Sarkisyan, Ohanyan, Balasanyan və digər canilər həbs olunaraq məhkəmə qarşısına çıxarılacaq”.

Mission News Theme by Compete Themes.