BAYRAQDAR MEDİA – Noyabrın 3-də Bakı Slavyan Universiteti Elmi Şurasının növbəti iclası keçirilib.
Bu haqda sözügedən Universitetin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev özünün sosial şəbəkə hesabında paylaşım verib.
O bildirib ki, “iclasda “BSU 2030” strateji inkişaf sənədinin tələblərinə və 2023-24-cü illər üzrə fəaliyyət planına uyğun olaraq fakültələrdə idarəetmənin optimallaşdırılması, keyfiyyətin təminatı, təhsil proqramları arasında əlaqəliliyin təmin edilməsi, eləcə də dillərin və mədəniyyətlərin öyrənilməsinin və tədqiqinin təmin edilməsi məqsədi ilə tərcümə və regionşünaslıq ixtisaslarının dil qrupları və regionlar üzrə qruplaşdırılması əsasında Qərbi Avropa dilləri və Şərqi Avropa dilləri fakültələri yaradılıb. Sosial və humanitar elmlər fakültəsinin yeni məzmununa əsasən fakültə Sosial elmlər fakültəsi adlandırılıb”.
Qeyd edək ki, “BSU 2030” SİP-in tələblərinə əsasən müasir slavyan və digər Avropa dillərinin öyrənilməsi, tədqiqi və tədrisinin genişləndirilməsi gələcəkdə slavyan dilləri üzrə digər idarəetmə strukturlarının yaradılması və ya yenidən təşkili ilə nəticələnəcək.