Press "Enter" to skip to content

“AzerGold”da yenilik

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

Son yeniləmə: 4 Noyabr 2023 15:30

BAYRAQDAR MEDİA – “Yarandığı gündən qabaqcıl beynəlxalq təcrübə və müasir korporativ idarəetmə tələbləri çərçivəsində fəaliyyətini təşkil edən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu sahədə davamlı olaraq səmərəliliyin artırılması məqsədilətəkmilləşdirmə işlərini uğurla davam etdirir. Ötən dövr ərzində bu istiqamətdə görülən işlərinnəticəsi olaraq,Səhmdar Cəmiyyətin yeni korporativ idarəetmə standartları hazırlanıb və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurası tərəfindən təsdiq edilib”.

Qurumdan BAYRAQDAR MEDİA-ya verilən məluamtda belə deyilir.

Məlumata əsasən, “AzerGold” QSC-nin fəaliyyətində və idarəetməsində rəhbər tutulması məqsədilə təsdiq edilən yeni standartlar milli qanunvericilik, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Korporativ idarəetmə prinsipləri” və “Dövlətə məxsus müəssisələrdə korporativ idarəetmə Qaydaları”, eləcə də ölkə daxilində və dünyada təşəkkül tapmış qabaqcıl korporativ idarəetmə təcrübələri əsasında hazırlanıb: “Korporativ idarəetmə standartları QSC-nin fəaliyyətində əsas prinsip və məqsədləri müəyyənləşdirir, dayanıqlı inkişaf, səmərəlilik, operativlik və şəffaflığa əsaslanır. Belə ki, AİH tərəfindən fəaliyyətin qiymətləndirilməsi zamanı yeni Standartların tələbləri nəzərə alınacaq, bu məqsədlə QSC-də monitorinqlər aparılacaq, nəticəsi barədə Müşahidə Şurasına hesabat veriləcək. Eyni zamanda, hesabat Müşahidə Şurası tərəfindən təsdiq edilərək,QSC-nin illik hesabatlarına daxil edilməklə dərc olunacaq”.

Mission News Theme by Compete Themes.