BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində uşaqlarda vətənpərvərlik duyğularının güclənməsinə, estetik zövqün, mənəvi tərbiyənin formalaşmasına, milli-mənəvi sərvət olan Azərbaycan nağıllarının yaşadılmasına xidmət məqsədi ilə “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunur.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya XSM-dən daxil olub.
Xəbərdə bildirilir ki, “18 yaşa qədər yaradıcılıq qabiliyyəti olan şəxslər 2023-cü il noyabr ayının 28-dək əsərin fotosu, nağılın adı, soyad, ad, təvəllüd, təhsil aldığı məktəb, əlaqə məlumatlarından ibarət anketi tamamlayaraq nagillar2023@gmail.com ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər. Müsabiqənin mövzusu “Nağıl personajı və səhnələrinin təsviri”dir. Müsabiqədə seçim millilik, yanaşma, baxış və müəlliflərin yaşı nəzərə alınmaqla aparılacaq və seçilən əsərlər yaş qrupuna uyğun olaraq quruplaşdırılaraq sərgilənəcək. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq”.
Qeyd edək ki, müsabiqənin sərgisi XSM-də keçiriləcək.