Press "Enter" to skip to content

Türkmənistan Moskvaya uçuşları tamamilə ləğv edib

Türkmənistan Hava Yollarının təyyarəsi

BAYRAQDAR MEDİA – İyulun 31-dən avqustun 1-nə keçən gecə pilotsuz uçuş aparatlarının hücumundan sonra müvəqqəti olaraq Moskvaya dayandırılan Türkmənistan uçuşları uçuş təqvimindən tamamilə çıxarılıb.

Xəbəri Kirim Haber Ajansı yayıb.

Bildirilib ki, “Türkmənistanın 2023-cü il oktyabrın 28-dək müvəqqəti olaraq dayandırmaq qərarına gəldiyi Moskva reysləri 1 noyabr 2023-cü il tarixində aviaşirkətin saytında elan edilən yeni cədvələ daxil edilməyib. Ləğv qərarından sonra, Türkmənistan Hava Yollarının iki ölkə arasında yeganə uçuş marşrutu Kazandan həyata keçiriləcək”.

Məlumata görə, iyulun 31-dən avqustun 1-nə keçən gecə Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatlarının hücumundan sonra ölkədə narahatlıq pik həddə çatmış, Rusiyadakı bu vəziyyətlə əlaqədar olaraq Türkmənistan öz vətəndaşları üçün hərəkətə keçmişdi: “Həmin vaxt Türkmənistan Milli Təhlükəsizlik Nazirliyindən 10 nəfər, Daxili İşlər Nazirliyindən isə 15 nəfər dəniz yolu ilə Həştərxana gedərək, Moskvadan öz ölkəsinə qayıtmaq istəyən Türkmənistan vətəndaşlarını hazırlanmış 2 gəmi ilə təxliyə etmişdilər.

Mission News Theme by Compete Themes.