Press "Enter" to skip to content

Türklərin partiyası ölkə üzrə ön sıralardadır

Mustafa Karadayı

Son yeniləmə: 3 Noyabr 2023 14:50

BAYRAQDAR MEDİA – Bolqarıstanda oktyabrın 29-da keçirilən yerli seçkilərin ilkin turunun əticələri tam bəlli olub. Bu nəticələrə görə, yerli koalisiyalar və kiçik partiyalar 4 əyalət mərkəzi şəhər bələdiyyə şuralarında və bir neçə bələdiyyədə parlament qüvvələrini qabaqlayaraq irəliləyiş əldə ediblər.

Radio Bolqarıstan xəbər verir ki, GERB məclis üzvlərinin və qazanılan şəhər şuralarının sayına görə lider mövqeyini qoruyub saxlayır.

Üzvlərinin əksəriyyəti türk və müsəlmanlardan ibarət olan Hüquq və Azadlıqlar Hərəkatı (HÖH) Partiyası bələdiyyə şuralarında təmsilçiliyinə görə ikinci yerdədir.

GERB-SDS ölkə bələdiyyələrinin demək olar ki, yerli parlamentlərin yarısında çoxluğa sahib olacaq.
Koalisiyanın qalib gəlmiş 1499 şura üzvü var ki, bu da 2019-cu illə müqayisədə 300 nəfər azdır.

BSP-nin təmsilçiliyi də təxminən 300 nəfər azalıb və 740 məclis üzvü var.

Yalnız Mustafa Karadayının rəhbərlik etdiyi HÖH Partiyası şura üzvlərinin sayını 916-dan 964-ə yüksəltdi və Kırcali, Razqrad və Silistra bölgələri də daxil olmaqla 45 bələdiyyədə çoxluğa sahib olub.

Hakim koalisiyanın bütün ölkə üzrə bələdiyyələrdə 396 üzvü var.

Mission News Theme by Compete Themes.