Press "Enter" to skip to content

Kitab tanıtma: “Hüseyn Cavid fəlsəfəsinin tədqiq tarixi”

Hüseyn Cavid fəlsəfəsinin tədqiq tarixi

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı müxtəlif mövzulu nəşrlər sırasında Əməkdar mədəniyyət işçisi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının “Hüseyn Cavid fəlsəfəsinin tədqiq tarixi” monoqrafiyası da yer tutur.

Bu nəşr sözügedən Muzeyin Elmi Şurasının 12 oktyabr 2022-ci il tarixli, 8 saylı iclasının qərarı ilə nəşr edilib.

Monoqrafiyada böyük Azərbaycan şairi və dramaturqu, mütəfəkkür sənətkar, pedaqoq və ictimai xadim H.Cavidin fəlsəfi baxışlarının tədqiqinə dair materiallar tarixi-xronoloji ardıcıllıqla nəzərdən keçirilir, onun təsəvvüfi baxışları, insan, həyat və kainat haqqında fəlsəfi mülahizələrinin təhlili tədqiqat obyektinə çevrilir, Cavid fəlsəfəfinin tədqiqi cavidşünaslığın mühüm istiqamətlərindən biri kimi səciyyələndirilir.

Qeyd edək ki, nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru və ön sözün müəllifi isə akademik Teymur Kərimlidir.

Mission News Theme by Compete Themes.