Press "Enter" to skip to content

Dövlət Məşğulluq Agentliyi beynəlxalq konfrans keçirəcək

Son yeniləmə: 3 Noyabr 2023 14:19

BAYRAQDAR MEDİA – 16-17 noyabr tarixlərindəTürkiyənin Antalya şəhərində “NEET-in (Not in Education, Employment or Training) qlobal və yerli tendensiyaları” adlı beynəlxalq konfrans keçiriləcək. Konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Türkiyə İş Qurumu Baş İdarəsi (İŞKUR) və Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) birgə təşkilatçılığı ilə olacaq.

Bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, “konfransda Almaniya, Cənubi Koreya, Böyük Britaniya, İsveç, İsveçrə, Niderland, Yaponiya, Bosniya və Herseqovina, Xorvatiya, Latviya, Estoniya və digər ölkələrin yüzdən çox dövlət məşğulluq xidmətlərinin nümayəndələri iştirak edəcək. Konfransda həmçinin Beynəlxalq Əmək Təşkilatının (ILO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) səlahiyyətli nümayəndələrinin də çıxışı nəzərdə tutulur. Tədbirin əsas məqsədi təhsildə, işdə və ya təlimdə olmayan gənclərin üzləşdiyi maneələrin aradan qaldırılması məqsədilə beynəlxalq tərcrübənin öyrənilməsi, müxtəlif regionlardan olan dövlət məşğulluq xidmətlərinin bu sahə üzrə tətbiq etdikləri qlobal innovativ həllər istiqamətində müzakirələrin aparılmasıdır”.
İki gün davam edəcək konfransda Agentliyin nümayəndələrinin də bir neçə panel üzrə çıxışı nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.