Press "Enter" to skip to content

Böyük Zəfəri tamamlayan mühüm tarixi qələbə

Elçin Mirzəbəyli

Elçin Mirzəbəyli: Bu tarixi qələbənin də təməlində Ali Baş Komandan, Prezident İlham Əliyevin iti zəkası, polad xarakteri, milli iradəmizi ifadə etmək qətiyyəti dayanır

BAYRAQDAR MEDİA – “Rusiya İmperiyası ilə Qacar Dövləti arasında baş verən çoxillik qarşıdurmaların və Birinci Dünya Müharibəsinin nəticəsində tarixi Azərbaycan ərazilərinə, o cümlədən Qarabağa, məqsədyönlü şəkildə, türk-müsəlman əhalinin sıxışdırılması üçün köçürülən ermənilər, ayaqları torpaqlarımız dəyən ilk gündən, öncə Qriqoryan və Apostol kilsələrinin, daha sonra isə Qnçaq və Faşnaksütun ultramillətçi təşkilatlarının və ənənəvi himayəçilərinin təşviqi ilə bölücülük fəaliyyətiylə məşğul olublar. Təxminən 210 illik zaman kəsiyində bölgədəki erməni ultramillətçi təşkilatlarının, silahlı separatçı və terrorçu dəstələrinin hədəfi Ön və Orta Asiyada yaşayan türk xalqlarının və digər müsəlman, eləcə də qeyri-müsəlman xalqlarının izinin bölgədən təmizlənməsi, tarixdə heç zaman mövcud olmayan və olmayacaq “böyük Ermənistan” mifinin həyata keçirilməsi olub”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib.

O, bildirib ki, “1987-ci ilin sonlarından açıq şəkildə, Fransadan verilən təlimat əsasında başladılan, daha sonra isə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə davam edən, bir milyondan çox azərbaycanlının indiki Ermənistan ərazisindən və Qarabağdan zorla, soyqırım və digər ağır müharibə cinayətləri törədilməklə qaşqın və köşkün düşməsinə səbəb olan bütün kütləvi qətllərin, vandalizm aktlarının və digər misli görünməmiş vəhşiliklərin təməlində də, məhz erməni separatizmi dayanır. Məhz bu baxımdan, 20 sentyabrda başladılan lokal antiterror tədbirləri nəticəsində silahlı erməni separatizminin məğlub edilməsi 210 illik tariximizin ən önəmli hadisələrindən biri və 44 günlük Vətən müharibəsinə bərabər olan, həmçinin Böyük Zəfərimizi tamamlayan mühüm tarixi qələbədir”.

Politoloq vurğulayıb ki, bu tarixi qələbənin də təməlində Ali Baş Komandan, Prezident İlham Əliyevin iti zəkası, polad xarakteri, milli iradəmizi ifadə etmək qətiyyəti dayanır: “Və Prezident İlham Əliyevin liderliyi ilə erməni separatizminə vurulan ölümcül zərbə təkcə Azərbaycan xalqının və dövlətinin deyil, erməni ultramillətçiliyinin hədəfinə çevrilən bütün bölgə xalqlarının və dövlətlərinin bu dəhşətli, amansız bəladan xilas edilməsi deməkdir”.

Mission News Theme by Compete Themes.